Oktyabr ayının 9-da həndbol üzrə növbəti ölkə çempionatına start veriləcək. Budəfəki yarışlarda 8 komanda bacarığını göstərəcək.
Kişilərin çempionatında “Məhsul”, “Bakı”, “Təhsil” və “U-18” qələbə uğrunda mübarizə aparacaq.
Qadınların yarışında isə “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq.
XXVII Azərbaycan çempionatı oktyabrın 9-da saat 13:00-da “Azərsu” – “Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.
Kişilərdən ibarət komandaların mübarizəsinə isə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil”- “Məhsul” və “Bakı” – “U-18” qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq, 17:00 və 19:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan çempionatının oyunları “ABU Arena”da keçiriləcək.
14.05.2025
"Qarabağ" və "Bakı"dan qələbə
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Seçmə komandamız beynəlxalq turnirdə mübarizə aparacaq
1543
10.04.2017
Favoritlər asan qələbə qazanıblar
1392
14.04.2018
Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq planı müzakirə olunub
1345
11.03.2022
XXIX Azərbaycan çempionatına kişi həndbolçuların mübarizəsi ilə start verilib
1317
11.11.2022
“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib
1549
09.09.2017
20 Yanvar Ümumxalq Hüzn Günüdür
984
20.01.2024
İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb
1480
15.07.2018
X turun növbəti oyunlarının nəticələri
977
10.02.2024