Həndbol üzrə Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

16.12.2018
1552
Paylaş:

Qadın  həndbolçuların  ölkə  kuboku  yarışında  qrup  mərhələsi  arxada  qalıb.  Həftəsonu  keçirilən  oyunlarla  turnirin  yarımfinalçıları  məlum  olub.

Qrup  liderliyi  uğrunda  mübarizə  aparan   “Azərsu”  və  “Azəryol”  komandalarının  görüşü  böyük  maraqla  gözlənilirdi.  Gərgin  mübarizə  vəd  edən  oyunda  nominal  meydança  sahiblərinin  imkanlarını  yüksək  qiymətləndirənlər  yanılmayıblar.  Görüş  “Azərsu”  komandasının  32:29  hesablı  qələbəsi  ilə  yekunlaşıb.

Digər  qarşılaşmalarda  “Gənclər  Birliyi”  “İdman  Akademiyası”na  30:39,  “Qarabağ”a  21:42  hesabı  ilə  məğlub  olub.

Beləliklə,  iki  qrupda  aparılan  mübarizənin  nəticələrinə  əsasən,  yarımfinal  mərhələsində  “Azərsu”  “İdman  Akademiyası”  ilə,  “Qarabağ”  isə,  “Azəryol”la  qarşılaşacaq.

Qeyd  edək  ki,  yarımfinal  görüşləri  gələn  ilin  mart  ayında  keçiriləcək.

Digər Xəbərlər

Qadın həndbolçular kubok mübarizəsinə başladılar

1499 15.01.2020

Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

1369 07.07.2022

Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı

1474 07.10.2017

Ölkə çempionu əsas rəqibinə qalib gəldi

1629 21.10.2019

"Qarabağ" uğurlu seriyanı davam etdirir

1385 23.10.2019

“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi

1524 02.02.2018

Mingəçevir zona yarışlarının qalibi olub

212 24.03.2025

Həndbolçularımız Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar

1157 28.07.2023