Ölkə çempionu əsas rəqibinə qalib gəldi

21.10.2019
2503
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  ikinci  turun  oyunları  olub.  “ABU  Arena”nın  meydançasına  əvvəlcə  “U-18”  və  “Təhsil”  komandaları  çıxıblar.  Gərgin  mübarizə  ilə  yadda  qalan  qarşılaşmada  qapılara  54  qol  vurulub.  Daha  yüksək  əzmkarlıq  nümayiş  etdirən  “Təhsil”  komandası  görüşü  qələbə  ilə  başa  vurub  –  29:25.

Günün  ikinci  oyununda  “Məhsul”  “Bakı”  ilə  üz-üzə  gəlib.  Daha  böyük  maraqla  gözlənilən  qarşılaşmada  ölkə  çempionunun  imkanları  yüksək  qiymətləndirilirdi.  Bu  cür  düşünənlər  yanılmayıblar.  Amma,  “Məhsul”un  asan  qələbə  qazandığını  da  söyləmək  olmaz.  Rəqibə  kifayət  qədər  ciddi  müqavimət  göstərən  “Bakı”  cəmi  3  top  fərqi  ilə  məğlub  olub.  23:26.

Üçüncü  turun  görüşləri  oktyabrın  26-da  keçiriləcək.  Həmin  gün  “Məhsul”  “U-18”  komandasını,  “Bakı”  kollektivi   “Təhsil”i  sınağa  çəkəcək.

Oktyabrın  23-də  isə   qadın  həndbolçuların  ölkə  çempionatında  növbəti  turun  oyunları  olacaq.  “Qarabağ”  “Azərsu”  ilə,  “Azəryol”  isə  “İdman  Akademiyası”  ilə  qarşılaşacaq.

 

Digər Xəbərlər

VII tur: Azəryol - Qarabağ 28:27

2069 21.01.2024

“Azərsu” növbəti qələbəsini qazanıb

2478 27.10.2018

Novruz Bayramınız Mübarək!

1071 20.03.2025

OKMK - Astana duelindən Özbəkistan təmsilçisi qalib ayrıldı

999 31.08.2025

XXXII Azərbaycan çempionatı: I turun oyun cədvəli

140 07.11.2025

Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib

2274 22.01.2020

"Azəryol" inamlı qələbə qazanıb

2467 23.12.2017

“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

1639 13.05.2024