Qadın həndbolçuların Azərbaycan çempionatında 19-cu tur da arxada qalıb.
Mərkəzi oyunda çempionatın lideri "Azərsu" ilə qızıl medallara iddialı "Azəryol" qarşılaşıb. Böyük maraqla gözlənilən görüş "Azəryol" komandasının inamlı qələbəsi ilə nəticələnib - 36:23.
Günün digər oyunlarında favoritlər növbəti qələbə ilə azarkeşlərini sevindiriblər. Mingəçevirin "Nur" komandası "Gənclər Birliyi" üzərində 33-10 hesablı qələbə çalıb. "Qarabağ" isə "İdman Akademiyası" kollektivini məğlubiyyətə uğradıb - 36:30.
Əsas rəqibi ilə oyunda məğlubiyyətə rəğmən "Azərsu" 29 xalla yarış cədvəlinin zirvəsindədir. "Azəryol" son turdakı qələbə ilə liderlə xal fərqini minimuma endirib. Aktivində 25 xalı olan "Nur" ilk üçlüyü qapayır. "Qarabağ" 23 xalla 4-cü pillənin sahibidir. Autsayderlər "Gənclər Birliyi" və "İdman Akademiyası"isə 4 xalla beşinci –altıncı yerləri bölüşürlər.
Çempionatın sonuncu turuna aprelin 26-da Mingəçevirdə "Nur" - "Azəryol" görüşü ilə start veriləcək. Aprelin 28-də keçiriləcək görüşlərdə "Qarabağ" "Gənclər Birliyi"ni, "Azərsu" "İdman Akademiyası"nı sınağa çəkəcək.
Azərbaycan çempionatı: VIII turun nəticələri
1095
17.12.2024
Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar
2104
02.07.2018
Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək
2027
16.07.2018
“Azəryol” gərgin mübarizədə “Nur”a qalib gəlib
1874
12.11.2017
“Azəryol” liderliyi davam etdirir
858
23.04.2025
Qadın həndbolçularımızdan uğurlu start
2074
09.05.2017
Yeniyetmə həndbolçuların Bakı birinciliyi başa çatıb
2352
30.01.2018
Həndbol üzrə Azərbaycan çempionatında mübarizə davam edir
2198
17.02.2017