Yeniyetmə həndbolçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar

02.07.2018
2254
Paylaş:

Bu  gün  İsveçin  Göteborq  şəhərində  16  yaşadək  qızlar  arasında  həndbol  üzrə  14-cü  açıq  Avropa  turniri  başlanır.

4  qrupda  20  komandanın  yarışdığı  turnirdə   Azərbaycan  millisinin  “C”  qrupundakı  rəqibləri  Fransa,  İspaniya,  Finlandiya  və  İslandiya  komandalarıdır.

Yarışın  reqlamentinə  əsasən,  hər  komanda  gün  ərzində  iki  görüşə  çıxacaq.  Həndbolçularımız  ilk  oyun  günündə  Fransa  və  Finlandiya  seçmələri  ilə  qarşılaşacaqlar.

Xatırladaq  ki,  turnirdə  ilk  yeddi  yeri  tutan  millilər  gələn  il  iyulun  20-dən  28-dək  Bakıda  keçiriləcək  Avropa  Gənclər  Yay  Olimpiya  Festivalına  vəsiqə  qazanacaqlar.

Digər Xəbərlər

Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

2483 03.06.2022

“İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib

1956 08.10.2023

Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

2237 15.02.2020

Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq

2839 21.01.2020

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edirik!

2124 05.03.2024

Avropa kuboku: Azəryol (Azərbaycan) - Yunion Kornoyburq (Avstriya) 26:40 (17:21)

241 04.10.2025

“Bakı-2017”: Həndbolçularımız İslamiadaya uğurla başlayıblar

2268 09.05.2017

Həndbolçularımız Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar

1983 28.07.2023