“Qarabağ” vahid liderliyə yüksəldi

24.01.2026
301
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatının 4-cü turunda diqqətlər “Bakı”–“Qarabağ” oyununa yönəlmişdi. Liderlər qrupunda qərarlaşan komandaların görüşü gərgin və maraqlı mübarizə vəd edirdi. Çempionluğa iddialı rəqiblər bu matçda qazanılacaq qələbə sayəsində vahid liderliyə yüksəlmək niyyətində idilər. “AHF Arena”da keçirilən oyunu respublika dərəcəli referilər Ləman və Aydan Həmidova idarə ediblər. Hakim-inspektor isə Ernest Ağakişi olub.


Ötən tur “Kür”ü məğlubiyyətə uğradan Azərbaycan çempionu bu qarşılaşmanın da favoriti sayılırdı. Amma görüşə “Qarabağ” komandası daha inamlı başlayıb. Qədir Azadlının dəqiq zərbələri ilə irəli çıxan nominal qonaqlar iddialarını erkən büruzə veriblər. Bununla razılaşmayan “Bakı” tədricən toparlanmağı bacarıb. İmkanlardan layiqincə faydalanan Eldar Fərəcovun komandası 17-ci dəqiqədə geriliyi aradan qaldırmaqla vəziyyətə nəzarəti ələ alıb. Hissənin sonlarına yaxın “Qarabağ” hesabı bərabərləşdirməyə yaxın olsa da, Real Əliyev penalti fürsətini qaçırıb. Əvəzində rəqib qapısına daha iki dəfə yol tapan “Bakı” fasiləyə üstün yollanıb –11:8.


Görüşün ikinci hissəsi daha gərgin mübarizə ilə yadda qalıb. Bəzi epizodlarda bu gərginlik kobudluqla müşayiət olunub və hakim sərt qərar qəbul etmək məcburiyyətində qalıb. 43-cü dəqiqədə “Bakı” komandası aparıcı oyunçusu Elnur Hüseynzadəni bu səbəbdən itirməli olub ki, onun yoxluğu matçın gedişinə təsirsiz ötüşməyib. Tədricən təşəbbüsə yiyələnən qonaqlar 51-ci dəqiqədə irəli çıxaraq üstünlüyü sonadək qorumağı bacarıblar -25:23 və xal sayını 10-a çatdıran “Qarabağ” çempionatın vahid lider ünvanına sahib çıxıb. “Bakı” 8 xalla ikincidir. İlk üçlüyü 6 xalla “Kür” komandası qapayır.

Digər Xəbərlər

“Azəryol” yoxlama oyununda “Karpati”yə qalib gəlib

2807 03.09.2019

Azərbaycan çempionatı, IV tur: “Azəryol” -"Kür" 33:26 (17:15)

1736 16.10.2024

Azərbaycan çempionatı: II dövrənin növbəti turları yekunlaşıb

2774 06.03.2023

“Qarabağ” zirvəni ələ keçirdi

293 31.01.2026

"Azəryol" növbəti qələbəni qazandı

2504 01.04.2018

Azərbaycan çempionatında II turun növbəti oyunlarının nəticələri

2619 19.11.2023

"Azəryol" vahid liderliyə yiyələndi

2657 11.12.2019

Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub

2393 21.04.2023