Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub. Çempionatın lideri “Azəryol” XIX turda “Azərsu”nu sınağa çəkib. Səviyyə fərqinin açıq-aşkar hiss olunduğu oyunda cəmi 7 dəfə fərqlənən “Azərsu” bunun qarşılığında 37 dəfə topu tordan çıxarmalı olub. “Qarabağ” isə “İdman Akademiyası” ilə görüşdə favorit statusunu təsdiqləyib. İnamlı oyun nümayiş etdirən nominal ev sahibi görüşü 32:20 hesablı qələbə ilə başa vurub.
Bu komandaların XX turdakı qarşılaşmasında da imkanları yüksək qiymətləndirilən “Qarabağ” qələbə çalıb – 39:19. “Azəryol” isə bu turda “Azərsu” ilə daha insaflı davranıb. Liderin tam üstünlüyü ilə keçən oyun 36:15 hesabı ilə nəticələnib.
Beləliklə, mübarizəni 46 xalla başa vuran “Azəryol” növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. “Qarabağ” 36 xalla gümüş, “İdman Akademiyası” 26 xalla bürünc mükafata sahib çıxıb. “Azərsu” çempionatı 9, “U-16” 3 xalla bitirib.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Ölkə çempionatı: "Azəryol" - "Kür" 21:24 (5:12)
190
14.02.2026
Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
4583
23.06.2020
ROPSTTM (Özbəkistan) - Azərbaycan 31:39 (18:20)
1918
17.05.2024
Xocalı soyqırımını unutma!
272
26.02.2026
“Azəryol” liderlə xal fərqini aradan qaldırıb
2870
09.03.2019
VII tur: Kür - İdman Akademiyası 49:16
2347
14.01.2024
Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar
2755
21.05.2019
Milli həndbol komandamız Bolqarıstan və Nigeriya ilə görüşəcək
2643
11.03.2023