Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır

18.08.2017
661
Paylaş:

Bu  gün  Bakı  Su  İdmanı  Sarayında  çimərlik  həndbolu  üzrə  ikinci  Azərbaycan  çempionatı başlanacaq.

Saat  09:30-a  təyin  olunan  açılış  oyununda  qadın  həndbolçulardan  ibarət  “İdman  Akademiyası”  komandası  “Azəryol-2” ilə  qarşılaşacaq.  Qadınların  mübarizəsinin  ardınca  saat  17:45-də  çempionatın  açılış  mərasimi  olacaq.   Daha  sonra  isə  kişi  həndbolçular  arasında  oyunlar  keçiriləcək.  Turun  ilk  görüşündə  “Məhsul”  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  yetirmələrini  sınağa  çəkəcək.

Qeyd  edək  ki,  yarışın  ilk  iki  günündə  qadın  həndbolçulardan  ibarət  komandalar  meydana  iki  dəfə,  kişilərdən  ibarət  kollektivlər  isə  bir  dəfə  çıxacaqlar.  Bu  gün  səkkiz,  növbəti  üç  gün  ərzində  ümumilikdə,  21  oyun  olacaq.

Digər Xəbərlər

IX turun oyun cədvəli

176 30.01.2024

İsgəndər Əsgərov Rusiya və Slovakiya komandalarının oyununda

755 30.01.2019

Bakıda beynəlxalq həndbol turnirinə start verilib

753 08.05.2019

Avropa Kuboku: ZRK Krivaja - Azeryol HC 31:29

449 30.09.2023

Çempionatın vahid lideri müəyyənləşib

596 19.03.2018

Seçmə komandamız Rusiyanın “Rostov–2” komandasını məğlubiyyətə uğradıb

636 29.04.2017

Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək

599 05.01.2023

“Azəryol” komandasının Avropa kuboku yarışlarındakı rəqibi müəyyənləşib

1055 21.10.2020