Azərbaycan birinciliyinin final mərhələsi başlandı

28.06.2024
270
Paylaş:

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilib.


 Yarışların rəsmi açılış mərasimində  çıxış edən federasiyanın idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov bildirib ki, turnirin final mərhələsində Bakı ilə yanaşı, bölgə komandalarının da çoxluq təşkil etməsi sevindirici haldır. Bunu son illər regionlarda da həndbola marağın artması ilə izah edən İsgəndər Əsgərov belə yarışların davamlı keçirilməsinə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasına minnətdarlığını bildirib.


 Qeyd edək ki, ölkə birinciliyində 2008-ci il və aşağı yaşlı yeniyetmələr iştirak edir. Həm oğlanların, həm də qızların turnirində 6 komanda mübarizə aparır. Oğlanlar arasında final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. Oğlanların yarışında “Cəlilabad”  “Bakı-1” ilə, “Mingəçevir” isə “Bakı-2” komandası ilə qarşılaşıb.


 Qızların mübarizəsində isə həlledici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışır. Qızların turnirində ilk oyun “Bakı-1” və “Göygöl” arasında olub. Daha sonra “Bakı-2” “Gəncə” həndbolçuları ilə  üz-üzə gəlib. 


Qruplarda ilk iki yeri tutan kollektivlər mübarizəni “play–off”da davam etdirəcək. İyunun 28-dən 30-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman kompleksində keçirilir.     

Digər Xəbərlər

Azərbaycan Avrokuboklarda qadınlardan ibarət dörd komanda ilə təmsil olunacaq

817 26.06.2018

Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində növbəti oyunu keçiriblər

945 31.05.2018

Avropa çempionatı: ESP (İspaniya) - SLO (Sloveniya) 28:20

689 13.08.2023

9 May -faşizm üzərində Qələbə günüdür

231 09.05.2024

X tur: Dinamo - Bakı 20:44

334 09.02.2024

Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında

203 03.07.2024

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin nəticələri

261 25.05.2024

IX turun son oyunlarının nəticələri

351 04.02.2024