Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının ikinci turu yekunlaşıb.
“B” qrupunda yarışan həndbolçularımız növbəti oyun günündə Lüksemburq millisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib müəyyənləşməyib: 27:27. “KSPC Mejdan”da keçirilən qarşılaşmanı macarıstanlı Zsofia Marton və Eszter Szabo idarə edib. Avropa Həndbol Federasiyasının təmsilçiləri isə rusiyalı Lyudmila Bodniyeva və bolqarıstanlı Rositza Dimkova olub.
Qrupun digər qarşılaşmasında Bosniya və Herseqovina seçməsi Böyük Britaniya kollektivinə 34:20 hesabı ilə qalib gəlib.
Komandamız mayın 31-də yekunlaşacaq qrup mərhələsinin son turunda Böyük Britaniya kollektivi ilə qarşılaşacaq. Digər oyunda ev sahibləri Lüksemburqla üz-üzə gələcəklər.
Qeyd edək ki, “A” qrupunun oyunları belə nəticələnib: Estoniya - Kipr 34:14, Belçika - Moldova 37:28. Qrup mərhələsinin son turunda Belçika Kiprlə, Estoniya isə Moldova ilə qarşılaşacaq.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Hakimlərimiz beynəlxalq oyunda
2609
13.10.2019
Ölkə çempionatı: "Azəryol" - "Kür" 21:24 (5:12)
211
14.02.2026
Ölkə kubokunda mübarizə başlanır
1299
25.04.2025
“Azəryol ” ilk görüşünü qələbə ilə başa vurub
3033
17.11.2018
Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri
1861
02.11.2024
Millimiz Litva seçməsinə qalib gəldi
2069
28.02.2024
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
1871
12.11.2024
İslamiada: Kişi həndbolçularımız Səudiyyə Ərəbistanı ilə görüşdə məğlub olublar
2713
10.05.2017