Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

22.04.2024
97
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatında XIV tura Mingəçevirdə start verilib. Yerli “Kür” komandasının “Azəryol”la görüşünü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Bu tur ərəfəsində hərəyə 19 xalla qonşu pillələrdə qərarlaşan rəqiblərin növbəti dueli də maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən görüşün ilk hissəsi əsasən xala-xal prinsipli oyunla yadda qalıb. Yalnız 20-ci dəqiqədən sonra təşəbbüsə yiyələnən meydança sahibləri hesabda irəli çıxmağı bacarıblar. “Azəryol”un fərqi aradan qaldırmaq cəhdləri uğursuz alınıb. Daha kəsərli hücumlar quran Mingəçevir həndbolçuları üstünlüyü qorumaqla fasiləyə 16:10 hesablı qələbə ilə yollanıblar.


Görüşün ikinci hissəsi ev sahibinin tam nəzarətində keçib. Qonaqların vəziyyəti dəyişmək üçün bütün cəhdlərinin qarşısını inamla alan “Kür” rəqibin müqavimətini kəskin həmlələrlə qırıb. Qapıçı Anastasiya Koquruçin də inamlı çıxışı sayəsində qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirən Mingəçevir həndbolçuları etimadı doğruldublar. Rəqibi əksər göstəricilərdə üstələyən “Kür” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb – 34:23. Əyalət təmsilçisi bu qələbə ilə  lider “Qarabağ”la xal fərqini 1-ə endirib.

Digər Xəbərlər

X turun növbəti oyunlarının nəticələri

150 10.02.2024

Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək

573 16.07.2018

Azərbaycan çempionu Danimarka təmsilçisi ilə qarşılaşacaq

721 04.10.2017

Qadın həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar

582 05.03.2018

Həndbol üzrə XXIX Azərbaycan kubokuna start verilir

591 09.05.2023

“Qarabağ” və “Azəryol” kollektivləri növbəti qələbəni rəsmiləşdiriblər

647 08.11.2017

Azərbaycanlı hakimlər Avropa kubokunun 1/2 matçında

675 17.03.2023

Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov Türkiyədə keçiriləcək oyuna dəvət alıb

716 30.12.2021