Olimpiya çempionumuzun yubileyi qeyd olunub

31.10.2023
411
Paylaş:

Həndbol üzrə Olimpiya çempionumuz Rəfiqə Şabanovanın 80 yaşı tamam olur.
Bu münasibətlə AHF-də görüş keçirilib.
Qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yubilyara ən xoş arzularını bildirərək, federasiyanın fəxri fərmanını və gül dəstəsini təqdim edib.
Görüşün sonunda veteran həndbolçumuz bir daha təbrik edilib, ona ən dəyərli nemət olan can sağlığı arzulanılıb və xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, Rəfiqə Şabanova 1976-cı ildə Monreal Yay Olimpiya Oyunlarının qalibi olub, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb.
Dəfələrlə SSRİ çempionatının gümüş və bürünc mükafatçısı olan Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarına da layiq görülüb.

Digər Xəbərlər

"Azəryol" vahid liderliyə yiyələndi

774 11.12.2019

Hakimlərimiz EHF kubokunda

672 24.01.2020

“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb

1088 24.10.2018

“Azərsu” vahid liderliyə yüksəldi

797 09.02.2019

Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

637 08.10.2017

Hakimlər kollegiyasının iclası keçirilib

679 04.03.2022

Liderdən növbəti qələbə

632 25.02.2023

"Nur" - "Azərsu" oyununda qalib müəyyənləşmədi

715 30.03.2018