İslamiada: Təsəlliverici görüşlərdə Azərbaycan və Pakistan komandaları qələbə qazanıb

12.05.2017
638
Paylaş:

Mayın  12-də  “Bakı-2017”  IV  İslam  Həmrəyliyi  Oyunlarında  kişi  həndbolçuların  təsəlliverici  görüşləri  keçirilib.

“Sərhədçi”  İdman  Olimpiya  Mərkəzində  əvvəlcə  yeddinci  və  səkkizinci  yerlər  uğrunda  Pakistan  və  İordaniya  komandaları  üz-üzə  gəlib.  33:31  hesabı  ilə  qələbə  qazanan  Pakistan  seçməsi  yarışı  yeddinci,  İordaniya  kollektivi  sonuncu  -  səkkizinci  yerdə  başa  vurub.

Beşinci  və  altıcı  yerlər  uğrunda  görüşdə  isə  Azərbaycan  və  Mərakeş  komandaları  münasibətləri  aydınlaşdırıb.  Azərbaycan  həndbolçuları  İslamiadada  31-25  hesablı  qələbə  sayəsində  5-ci  yeri  tutublar.  Mərakeş  kollektivi  isə  altıncı  yerlə  kifayətlənməli  olub.

Qeyd  edək  ki,  yarımfinal  görüşləri  mayın  13-də  olacaq.

 

 

         

Digər Xəbərlər

Qadın həndbolçularımıza Danimarkanın “Hummel” şirkətinin mükafatları təqdim olunub

584 09.06.2017

Avropa çempionatının ilkin təsnifat turnirinə start verilir

690 12.01.2023

Hakimlər kollegiyasının iclası keçirilib

665 04.03.2022

Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli

264 26.12.2023

“Azəryol” “Çağırış kuboku”nda mübarizəyə qələbə ilə başlayıb

649 19.11.2017

“Azəryol” yoxlama oyununda “Karpati”yə qalib gəlib

767 03.09.2019

"Azəryol" növbəti qələbəni qazandı

687 01.04.2018

Favoritlər asan qələbə qazanıblar

619 14.04.2018