Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib

09.08.2023
397
Paylaş:

Bu gün 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib. Günün ilk matçında Gürcüstan və Sloveniya komandaları üz-üzə gəliblər. Görüş daha inamlı oyun nümayiş etdirən Sloveniya millisinin qələbəsi ilə nəticələnib - 30:14.


Lüksemburq - Farer adaları qarşılaşması daha gərgin mübarizə ilə yadda qalıb. İlk hissəsi 14:12 hesabı ilə bitən oyunda qalib müəyyənləşməyib - 24:24.


İspaniya millisi 4-cü turda İsrail kollektivi üzərində asan qələbə qazanıb - 37:15. Litva - Azərbaycan matçı isə 47:14 hesabı ilə başa çatıb.


Sabah Farer adaları - İspaniya, Gürcüstan - Bosniya və Herseqovina, Lüksemburq - Yunanıstan və Sloveniya - Litva görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.


 

Digər Xəbərlər

"Qarabağ" Mingəçevirdən məğlub dönür

601 12.04.2018

Olimpiya çempionumuzun yubileyi qeyd olunub

429 31.10.2023

Azərbaycan millisi Ermənistan komandasını məğlubiyyətlə barışdırıb

655 17.06.2017

Həndbol hakimlərimiz yeni təyinat alıblar

696 19.10.2021

"Məhsul"la "Bakı"dan növbəti qələbə

626 28.01.2018

Azərbaycan çempionatında növbəti turun oyun cədvəli

291 21.12.2023

Kişi həndbolçularımız Ukraynada ardıcıl üçüncü qələbəni qazanıblar

571 14.04.2017

Favoritlərin növbəti qələbəsi

706 25.11.2019