Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatı başlayır

04.08.2023
2428
Paylaş:

Sabah Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatına start veriləcək. Bakı İdman Sarayında təşkil olunacaq yarışın açılış mərasimi saat 17:15-də olacaq. Ardınca milli komandamız Gürcüstan seçməsi ilə oyuna çıxacaq. Görüşün start fiti saat 18:30-da səslənəcək. Bu oyundan əvvəl isə daha 3 qarşılaşma olacaq. Saat 11:15-də Farer adaları Yunanıstanla, 13:30-da Lüksemburq İsraillə, 15:45-də Sloveniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri “A” qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə “B” qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər

“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

1446 01.03.2025

Ölkə çempionatında liderlik mübarizəsi

226 23.01.2026

“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib

2455 08.09.2017

AHF-də iclas keçirilib

3071 14.11.2021

Qadın həndbolçuların ölkə çempionatında X turdan sonra turnir cədvəli

195 14.03.2026

“Bakı-2017”: IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına start verilib

2387 09.05.2017

"Məhsul"la "Bakı"dan növbəti qələbə

2622 28.01.2018

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

2374 07.08.2023