Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib

08.05.2023
2608
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib.
“AHF Arena”da təşkil olunan yarışın VII turunda  “Təhsil” -“Məhsul” görüşü daha çox diqqət çəkib. Fasiləyə 1 top fərqi ilə üstün yollanan “Təhsil” həndbolçuları 2-ci hissədə “Məhsul”un  ciddi müvqaviməti ilə üzləşiblər. Buna baxmayaraq nominal ev sahibləri matçı qələbə ilə başa vurublar - 21:20. Bu komandaların VIII tura təsadüf edən qarşılaşmasında da “Təhsil” qələbə qazanıb-17:16.
“Dinamo” U 16-nı hər iki turda məğlub edib. VII turda 54:22 hesabı ilə  üstün olan “dinamoçular” digər görüşdə də böyük hesablı qələbəyə seviniblər -  60:32.
“Bakı” da da hər iki turun oyununda rəqibinə qalib gəlib. Paytaxtın eyniadlı komandası RİOEUGİM kollektivi ilə oyunlarda müfafiq olaraq 37:24 və  30:18 hesablı qələbə qazanıb. 
 “İdman Akademiyası” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Dinamo” ondan 6 xal geri qalır. “Təhsil” 42 xalla 3-cü, “Məhsul” 41 xalla 4-cü yerdədir.
19 xalı olan “Bakı”  5-ci pillədə qərarlaşıb.  RİOEUGİM və U-16 6 xalla autsayderdir.

Digər Xəbərlər

Avropa çempionatı: GEO (Gürcüstan) - ISR (İsrail) 23:28

2571 12.08.2023

Bakıda beynəlxalq turnir keçiriləcək

1805 27.08.2024

Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.

2881 26.01.2019

Azərbaycan çempionatı: VIII turun ilk oyun gününün nəticələri

2467 27.01.2024

Kişi həndbolçularımız Ukraynanın “Şaxtyor” komandasını məğlubiyyətə uğradıblar

2732 04.05.2017

Gürcüstan millisi Avropa çempionatına Bakıda hazırlaşır

1700 17.06.2025

Ölkə çempionatına yekun vurulub

1352 17.05.2025

"Məhsul" liderliyi davam etdirir

2655 10.02.2020