Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

10.06.2022
608
Paylaş:

V  İslam  Həmrəyliyi  Oyunlarında  iştirak  edəcək  qadın  həndbolçulardan  ibarət  Azərbaycan  millisinin  hazırlığı  davam  edir.

Avqustda  keçiriləcək  yarışlara  hazırlaşan  komanda  hazırlığın  ilkin  mərhələsinə  mayın  15-də  Bakıda  start  verib.  İyirmi  iki  həndbolçunun  cəlb  olunduğu  toplanışa  baş  məşqçi  Slavisa  Ristiçeviç  rəhbərlik  edir.   Köməkçi  məşqçi  Fuad  Yangildindir.  Məşqlər  “Sərhədçi”  Olimpiya  İdman  Mərkəzi  və  "Dinamo"  İdman  Cəmiyyətində  keçirilir.

İyunun  15-də  Bakıda  yekunlaşacaq  toplanış,  ardınca  ölkə  xaricində  davam  etdiriləcək.  Milli  iyunun  24-dək  Gürcüstanda  hazırlıq  keçəcək.  Həmin  təlim-məşq  toplanışında  bir  neçə  yoxlama  oyununun  keçirilməsi  planlaşdırılır.

Hazırlıq  planına  əsasən,  seçmə  komanda  digər  toplanışlara  da  qatılacaq.

Qeyd  edək  ki,  9-18  avqust  tarixlərində  Türkiyənin  Konya  şəhərində  keçiriləcək  İslam  Oyunlarındakı  rəqiblər   hələlik  məlum  deyil.

Digər Xəbərlər

Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib

566 02.11.2022

Həndbol üzrə XXX Azərbaycan çempionatında I turun oyun cədvəli

395 10.11.2023

Həndbol üzrə U-17 komandamız Gürcüstan millisinə qalib gəlib

611 04.05.2023

Azad Rəhimovun vəfatından bir il ötür

552 30.04.2022

Azərbaycan çempionatı, II tur: Oyun cədvəli

330 17.11.2023

Lider inamlı qələbə qazandı

112 25.03.2024

Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar

700 21.05.2019

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar

615 31.10.2022