Avropa Həndbol Federasiyasının baş ofisində görüş keçirilib

08.06.2022
990
Paylaş:

Bu  gün  Avropa  Həndbol  Federasiyasının  Avstriyanın  paytaxtı  Vyanada  yerləşən  baş  ofisində  görüş  keçirilib.  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədov,  1-ci  vitse-prezidenti  Orxan  Abbasov  və  beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  Ernest  Ağakişi  Avropa  Həndbol  Federasiyasının  prezidenti  Mixael  Viderer  və  baş  katibi  Martin  Hausleytner  ilə  görüşdə  bir  sıra  məsələləri  müzakirə  edib.   Söhbət  Azərbaycan  həndbolunun  inkişaf  istiqaməti,  qarşılıqlı  əməkdaşlıq,  beynəlxalq  yarışların  keçirilməsi,  uşaq  həndbolunun  inkişaf  etdirilməsi,  gənc  hakimlərin  yetişdirilməsi,  məşqçilərin  beynəlxalq  seminarlarda  iştirakı,  həmçinin,  Avropa  Həndbol  Federasiyasında  fəaliyyət  göstərən  komisiyalarda  təmsilçilikdən  gedir.

Sabah  davam  etdiriləcək  görüşdə  digər  məsələlər  də  müzakirə  olunacaq.  Bugünkü  görüş  zamanı  Azərbaycan  həndbolundan  bəhs  edən  videoçarx  da  nümayiş  olunub,  nümayəndə  heyətimiz  tərəfindən  AHF  prezidentinə  hədiyyələr  təqdim  edilib.

 

                       

Digər Xəbərlər

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatında mübarizə davam edir

879 19.08.2017

U18 Avropa çempionatı: Azərbaycan - Böyük Britaniya 23:34

134 18.08.2024

Avropa çempionatı: Farer adaları - Yunanıstan 27:22

771 05.08.2023

Liderlərin mübarizəsi gərgin mübarizə ilə yadda qalıb

1047 17.02.2019

“Azəryol” “Çağırış Kuboku”nun növbəti mərhələsinə yüksəlib

835 20.11.2017

Hakimlərimiz “Challenge Cup” turnirinin final matçında

907 02.05.2018

"Azəryol" və "Qarabağ"ın növbəti qələbəsi

967 20.02.2020

“Azəryol” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda növbəti oyununu keçirib

904 08.10.2022