Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib

03.02.2022
799
Paylaş:

Fevralın  3-də  Azərbaycan  Həndbol  Federasiyasının  ümumi  yığıncağı  keçirilib.  Dövlət  Himnimizin  səsləndirilməsi  ilə  başlanan  tədbirdə  əvvəlcə  gənclər  və  idman  naziri  Fərid  Qayıbov  konfrans  iştirakçılarını  salamlayaraq  onlara  uğurlar  arzulayıb.

Sonra,  Azərbaycan  Həndbol  Federasiyasının  son  illərdəki  fəaliyyəti  barədə  hesabatı  dinlənilib  və  federasiya  rəhbərliyinə  yeni  seçkilər  keçirilib.  Saleh  Məmmədov  yenidən  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  seçilib.

Yığıncaqda  həmçinin  Orxan  Abbasov  və  Rəfiqə  Şabanova  federasiyanın  vitse-prezidentləri  seçiliblər.  Konfransda  Həndbol  Federasiyası  İdarə  Heyətinə  də  seçkilər  keçirilib.  İsgəndər  Əsgərov,  Ernest  Ağakişi,  Vaqif  Əliyev,  Ələkbər  Ağakişiyev,  Lyudmila  Şubina  və  Vidadi  Əliyev  İdarə  Heyətinə  üzv  seçiliblər.

Tədbirdə  Milli  Olimpiya  Komitəsinin  vitse-prezidenti  Çingiz  Hüseynzadə  çıxış  edib.  Yığıncaqdan  sonra  federasiya  prezidenti  Saleh  Məmmədov  jurnalistlərin  suallarını  cavablandırıb.



 

 

Digər Xəbərlər

Favoritlərin inamlı qələbələri

669 13.03.2023

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov yeni təyinat alıb

697 22.10.2021

“Qarabağ”la “Kür” liderlik mövqeyini möhkəmlədib

149 05.02.2024

İsgəndər Əsgərov növbəti təyinatlar alıb

651 06.10.2022

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - GRE (Yunanıstan) 32:30

473 12.08.2023

Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

721 18.11.2019

Həndbol hakimimiz beynəlxalq turnirə dəvət alıb

639 11.03.2017

AHF-nin iclası keçirilib

439 12.09.2023