Favoritlər qələbə qazandılar

26.10.2019
1031
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatı  davam  edir.  Yarışın üçüncü  turu  da  favoritlərin  qələbəsi  ilə  başa  çatıb.  “ABU  Arena”nın  meydançasına  ilk  olaraq  “Məhsul”  və  “U-18”komandaları  çıxıblar.  Ölkə  çempionunun  üstünlüyü  şəraitində keçən  qarşılaşma  34:18  hesabı  ilə  nəticələnib.
Günün  ikinci  görüşü  daha  gərgin  mübarizə  ilə  yadda  qalıb.  “Təhsil”  və  “Bakı”  komandalarının  görüşündə  qapılara  64  qolvurulub.  Nominal  ev  sahibi  rəqibə  ciddi  müqavimət  göstərsə  də,  məğlubiyyətdən  qurtula  bilməyib.  Yüksək  əzmkarlıq  nümayiş etdirən  “Bakı”  35:29  hesabı  ilə  qalib  gəlib.
Kişilərin  mübarizəsində  növbəti  turun  oyunları  noyabrın  9-da  keçiriləcək.  “ABU  Arena”nın  meydançasında  “Məhsul”  “Təhsil”lə,  “U-18”  “Bakı”  ilə  üz-üzə  gələcək.
Qadınların  çempionatında  isə  4-cü  turun  görüşləri  noyabrın  6-da  olacaq.  Həmin  gün  lider  “Qarabağ”  “İdman  Akademiyası”  komandasını  sınağa  çəkəcək.  “Azəryol”  isə  “Azərsu”  ilə qarşılaşacaq.
 

Digər Xəbərlər

IX turun oyun cədvəli

423 30.01.2024

Milli komandamız növbəti matça çıxıb

681 14.10.2023

Həndbol komandalarımızın sonuncu təlim-məşq toplanışı başlanıb

999 20.04.2017

XXX Azərbaycan çempionatı: I turun ilk oyunlarının nəticələri

798 11.11.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

415 23.01.2024

“Nur” növbəti qələbəsini qazanıb

938 15.03.2018

Həndbol hakimləri mükafatlandırıldı

994 27.11.2021

Çempionatın vahid lideri müəyyənləşib

851 19.03.2018