Azərbaycan çempionatına yekun vuruldu

28.04.2018
592
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatına  yekun  vurulub.

20-ci  turun  son  oyun  günündə  "Azərsu"  "İdman  Akademiyası"na  45-24,  "Qarabağ"  isə   "Gənclər  Birliyi"nə  37-23  hesabı  ilə  qalib  gəlib.

Xatırladaq  ki,  turun  açılış  matçında  Mingəçevirin  "Nur"  komandası   27-24  hesablı  qələbə  ilə  "Azəryol"un  çempionluq  imkanlarının  üstündən  xətt  çəkmişdi.

Beləliklə,  qadın  həndbolçuların  növbəti  Azərbaycan  çempionatı   aktivinə  31  xal  yazdıran  "Azərsu"nun  qələbəsi  ilə  başa  çatıb.

Liderdən  3  xal  geri  qalan  "Azəryol"  çempionatın  gümüş  medallarına  layiq  görülüb.  "Nur"  27  xalla  yarışı  üçüncü  pillədə  bitirib.  4-cü  yerdəki   "Qarabağ"  üçün   bu  mövsüm  topladığı  25  xalla  yadda  qalacaq.  Autsayderlər  "Gənclər  Birliyi"  və  "İdman  Akademiyası"  isə  hərəyə  cəmi  4  xalla  çempionatı  son  pillələrdə  başa  vurub.

Digər Xəbərlər

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Azərbaycan - Bolqarıstan 25:48

372 13.10.2023

Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33

522 06.08.2023

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

622 17.10.2022

Həndbol hakimlərimiz yeni təyinat alıblar

673 19.10.2021

“Azəryol” “Qarabağ”ı çətinliklə yendi

818 16.03.2019

"Məhsul" liderliyi davam etdirir

680 17.02.2020

Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri

222 23.12.2023

Milli komandamız beynəlxalq turnirə qatılıb

747 11.06.2019