Çempionluq uğrunda gərgin mübarizə davam edir

21.04.2018
2491
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  19-cu  tur  da  arxada  qalıb.

Mərkəzi  oyunda  çempionatın  lideri  "Azərsu"  ilə  qızıl  medallara  iddialı  "Azəryol"  qarşılaşıb.  Böyük  maraqla  gözlənilən  görüş  "Azəryol"  komandasının  inamlı  qələbəsi  ilə  nəticələnib  -  36:23.

Günün  digər  oyunlarında  favoritlər  növbəti  qələbə  ilə  azarkeşlərini  sevindiriblər.  Mingəçevirin  "Nur"  komandası  "Gənclər  Birliyi"  üzərində  33-10  hesablı  qələbə  çalıb.  "Qarabağ"  isə  "İdman  Akademiyası"  kollektivini  məğlubiyyətə  uğradıb  -  36:30.

Əsas  rəqibi  ilə  oyunda  məğlubiyyətə  rəğmən  "Azərsu"  29  xalla  yarış  cədvəlinin  zirvəsindədir.   "Azəryol"  son  turdakı  qələbə  ilə  liderlə  xal  fərqini  minimuma  endirib.  Aktivində  25  xalı  olan  "Nur"   ilk  üçlüyü  qapayır.  "Qarabağ"  23  xalla  4-cü  pillənin  sahibidir.  Autsayderlər  "Gənclər  Birliyi"  və  "İdman  Akademiyası"isə  4  xalla  beşinci  –altıncı   yerləri  bölüşürlər.

Çempionatın  sonuncu  turuna  aprelin  26-da  Mingəçevirdə  "Nur"  -  "Azəryol"  görüşü  ilə  start  veriləcək.  Aprelin  28-də  keçiriləcək  görüşlərdə   "Qarabağ"  "Gənclər  Birliyi"ni,  "Azərsu"   "İdman  Akademiyası"nı  sınağa  çəkəcək.

Digər Xəbərlər

İsgəndər Əsgərov Rusiya və Slovakiya komandalarının oyununda

2554 30.01.2019

Həndbolçularımız beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar

2797 18.02.2017

Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı

2016 24.05.2024

Liderlərdən növbəti qələbə

3119 17.02.2018

Avropa çempionatı: İsrail - Farer adaları 22:38

2981 06.08.2023

Avropa Kuboku: Garabagh HC - KH-7 BM. Granollers 15:48

2410 30.09.2023

“Azəryol” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib

2934 08.09.2019

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz Mübarək!

1805 31.12.2024