Həndbol üzrə XXX Azərbaycan kubokunun ¼ final mərhələsinə start verilib.
İlk oyun gününün “AHF Arena”da keçirilən maraqlı qarşılaşmasında “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi görüşün deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Ölkə çempionu ilə bürünc mükafatçının kubokdakı görüşü də gərgin və maraqlı mübarizə vəd edirdi. Oyuna daha yaxşı başlayan “Azəryol” effektli hücumlar sayəsində hesabda irəli çıxmağı bacarıb. Təşəbbüsü əldən verən “Kür”ün tarazlıq yaratmaq istəyi nəticəsiz qalıb. Müdafiədə intizamlı oynayan Vidadi Əliyevin komandası matçın əvvəlində yiyələndiyi üstünlüyü qorumaqla fasiləyə 5 topluq fərqlə yollanıb - 15:10.
İkinci hissəyə kəsərli hücumlarla başlayan Mingəçevir həndbolçuları matçın gedişində fərqi iki topadək endirməyə nail olsalar da, tezliklə toparlanan “Azəryol” yenidən təşəbbüsə yiyələnib və hesabdakı fərq də artan xətt üzrə inkişaf edib. “Kür”ün əzmkarlığı oyunun sonlarında azarkeşlərini bir qədər ümidləndirsə də, intizamı pozulmayan paytaxt təmsilçisi rəqibin fərqi 3 topdan artıq azaltmasına imkan verməyib. Beləliklə, 30:27 hesablı qələbə çalan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.
İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyunda daha inamlı təsir bağışlayan “İdman Acidemiası” 32:21 hesabı ilə qalib gəlib.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Həndbolçularımız beynəlxalq turnirə qatılıblar
2566
07.02.2018
AHF yeni mövsümə kubok yarışı ilə start verir
1078
18.09.2025
"Nur" növbəti qələbəsini qazanıb
2856
04.02.2018
IX turun oyun cədvəli
2372
30.01.2024
“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı
1467
01.03.2025
Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib
2851
27.03.2022
Bugünkü oyunların nəticələri
1664
06.11.2024
Ölkə çempionatı: “Bakı”-“ Kür” 16:31 (8:15)
144
12.04.2026