Sentyabrın 17-də qadın həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda Azərbaycan təmsilçisi “Nur” İsveçin “Luqi HK” komandası ilə növbəti oyununu keçirib.
Mingəçevirdə “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə baş tutan oyun komandamızın üstünlüyü ilə yekunlaşıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan komandamız birinci hissəni beş xal fərqlə öndə bitirib: 15:10. İkinci hissə daha gərgin mübarizə ilə yadda qalıb. Hər iki komandanın maraqlı və qarşılıqlı hücumları şəaitində keçən oyunda daha dəqiq oynayan skandinaviyalılar seti 17:14 hesabı ilə öz xeyirlərinə başa vurublar. Lakin iki hissənin nəticəsinə görə 29:27 hesabı ilə Azərbaycan həndbolçuları qalib gəliblər.
Xatırladaq ki, sentyabrın 16-da keçirilən ilk oyunda komandalar 24:24 hesablı bərabərliklə kifayətlənməli olmuşdular. İki oyunun ümumi nəticəsinə görə isə Mingəçevir təmsilçiləri 53:51 hesabı ilə güclü rəqiblərini məğlub ediblər.
“Nur” klubunun hər iki oyununu canlı izləyən Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov qarşılaşmadan sonra məşqçilər və komanda üzvləri ilə görüşüb. İnamlı qələbə münasibətilə həndbolçuları təbrik edən S.Məmmədov bildirib ki, klubların gücləndirilməsi daim diqqət mərkəzindədir və onları inkişaf etdirmək əsas məqsədlərdən biridir. Qeyd edilib ki, “Nur” kollektivinin daha təcrübəli rəqiblə qarşılaşması komandanın inkişafına səbəb olacaq. Görüş zamanı, həmçinin əldə olunmuş bütün nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olduğu vurğulanıb.
Federasiya prezidenti qısa müddət ərzində formalaşan komandanın oyunundan razı qaldığını ifadə edərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər
2286
07.02.2017
“Qarabağ” əzmkar qələbə qazandı
1602
21.09.2024
Avropa kuboku: Bakı (Azərbaycan) - Oxrid (Şimali Makedoniya) 11:44 (7:24)
267
11.10.2025
"Qarabağ" Mingəçevirdən məğlub dönür
2214
12.04.2018
“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb
2248
21.02.2023
"Dinamo" ilə "Gənclər Birliyi" turu qələbə ilə başa vurdu
1123
10.02.2025
Avropa Kuboku: Kur - Jomi Salerno 19:29
2402
23.09.2023
“Kür” çempionluğa doğru inamla irəliləyir
1552
06.05.2024