Ölkə birinciliyininə yekun vurulub

09.06.2025
1170
Paylaş:

Həndbol üzrə yeniyetmələr  arasında  keçirilən ölkə  birinciliyininə  yekun vurulub.


“AHF Arena” idman kompleksində təşkil edilən yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.


Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.


Nəticələrə əsasən, oğlanlar arasında Bakı1 komandası yarışın qalibi adını qazanıb. Bakı2 ikinci, Qazax isə üçüncü pillədə qərarlaşıb.


Qızların  mübarizəsində “Bakı-1” komandası bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” gümüş, Gəncə isə bürünc medallara layiq görülüb.


Qeyd edək ki, 7-si oğlanlardan, 6-sı  qızlardan ibarət olmaqla, 13 komandanın qatıldığı birinciliyin   keçirilməsində məqsəd həndbol idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsidir.

Digər Xəbərlər

Avropa çempionatında qrup mərhələsinə yekun vurulub

1956 10.08.2023

Həndbol üzrə yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir

2141 07.07.2023

5-6-cı yer uğrunda: “Kür “(Azərbaycan) – “Alatau Arulary” (Qazaxıstan) 34:27

1222 31.08.2024

Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

2073 15.02.2020

"Azəryol" Azərbaycan çempionudur

862 17.05.2025

Ölkə kubokunda daha üç oyun arxada qalıb

839 27.04.2025

Avropa Kuboku: Jomi Salerno - Kur 36:19

1814 24.09.2023

U18 Avropa çempionatı: Azərbaycan - Böyük Britaniya 23:34

1268 18.08.2024