Həndbol üzrə 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında ölkə birinciliyinin final mərhələsinə start verilib.
Əvvəlcə komandalara geyim formaları və toplar təqdim olunub.
Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov yarış iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Azərbaycan Dövlət Himni səsləndirililib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarşda oğlanlar arasında 7 komanda mübarizə aparır. Bakının 3 komandası ilə yanaşı, Qazax, Cəlilabad, Lənkəran və Mingəçevir həndbolçuları yarışır. Turnirin ilk günü Bakı1 – Cəlilabadla, Bakı2- Mingəçevirlə, Qazax Bakı3-lə, Lənkəran isə Bakı1-lə qarşılaşıb.
Qızların turnirinə isə Bakının eyni adlı 3 komandası, həmçinin Gəncə , Göygöl və Tovuz təmsilçiləri qatılıblar. Final mərhələnin ilk günündə qızlar arasında Bakı1 – Gəncə, Bakı2 – Tovuz, Göygöl – Tovuz və Bakı3 – Bakı1 matçları keçirilib.
İyunun 7-dən 9-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman təşkil olunub.
Azərbaycan - Özbəkistan TJ 28:29 (14:16)
1395
20.05.2024
16 dekabr tarixində Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq qarşılaşmaların siyahısı
1561
15.12.2023
“Kür” liderliyi davam etdirir
826
03.04.2025
Kişi həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli
1789
24.01.2024
Beynəlxalq dərəcəli referimiz İtaliyada keçiriləcək yarışa dəvət alıb
2026
24.10.2018
Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri
1662
24.12.2023
"Bakı" "Qarabağ"ı üstələd
824
19.04.2025
Həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilir
2124
09.03.2017