Ölkə birinciliyinin final mərhələsinə start verildi

07.06.2025
1626
Paylaş:

Həndbol üzrə  2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında ölkə birinciliyinin final mərhələsinə start verilib. 


 Əvvəlcə komandalara geyim formaları və toplar  təqdim olunub.


 Açılış mərasimində  çıxış edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov  yarış iştirakçılarını Qurban  bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.


 Azərbaycan Dövlət Himni səsləndirililib.


 Qeyd edək ki,  Gənclər və İdman Nazirliyi,  Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarşda  oğlanlar arasında 7 komanda mübarizə aparır. Bakının 3 komandası ilə yanaşı, Qazax, Cəlilabad, Lənkəran və Mingəçevir həndbolçuları yarışır. Turnirin ilk günü Bakı1 – Cəlilabadla, Bakı2-  Mingəçevirlə, Qazax  Bakı3-lə, Lənkəran isə Bakı1-lə qarşılaşıb. 


Qızların turnirinə isə Bakının eyni adlı 3 komandası, həmçinin Gəncə , Göygöl və Tovuz təmsilçiləri  qatılıblar. Final mərhələnin ilk günündə qızlar arasında  Bakı1 – Gəncə, Bakı2 – Tovuz,   Göygöl – Tovuz və   Bakı3 – Bakı1 matçları keçirilib.


İyunun 7-dən 9-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman təşkil olunub.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatına start verilib

495 07.11.2025

"Məhsul" növbəti qələbəsini qazanıb

2636 14.01.2018

İsgəndər Əsgərov Bolqarıstan-Türkiyə oyununa təyinat alıb

318 06.01.2026

IX turun son oyunlarının nəticələri

2458 04.02.2024

Favoritlər turu qələbə ilə başa vurdular

2849 11.11.2018

“Bakı” final mərhələsinə qələbə ilə başladı

1548 11.01.2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik!

335 31.12.2025

18 noyabr 2023-cü il tarixində Azərbaycan çempionatı üzrə keçirilən oyunların nəticələri

2402 18.11.2023