“Bakı” final mərhələsinə qələbə ilə başladı

11.01.2025
1549
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinə start verilib. Reqlamentə əsasən yarışın ilk hissəsinin nəticələrinə görə ilk dördlükdə qərarlaşan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. 
X turun mərkəzi görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan görüşün əvvəli xala-xal prinsipli oyunla müşayiət olunub, amma tədricən təşəbbüsə yiyələnən “Bakı” 7-ci dəqiqədən etibarən hesab arasındakı fərqi artırmağa başlayıb. “Azəryol” geriliyi aradan qaldırmağa çalışsa da istəyini reallaşdıra bilməyib. Sabir Nəzərəliyev və komanda yoldaşlarının təhlükəli həmlələri fasiləyə nominal qonaqları üstün yollayıb – 19:14.
İkinci hissədə bir qədər fəallaşan “Azəryol” vəziyyəti dəyişmək üçün irəli atılıb. Hissənin ortalarında Vidadi Əliyevin komandası fərqi iki topa da endirməyi bacarsa da, artığına gücü çatmayıb. Yenidən üstünlüyü ələ alan “Bakı” daha inamlı oyun sayəsində görüşü qələbə ilə başa vurub – 36:30. Günün digər qarşılaşmasında "Dinamo" U-17 komandasına 44:31 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Yeniyetmə həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar

2620 21.06.2018

“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur

2461 26.08.2017

Bakıda keçirilən beynəlxalq həndbol turnirinin mükafatlandırma mərasimi oldu

1430 03.09.2025

Azərbaycan çempionatı, VII tur: “Kür”- “Azəryol” 32:23 (17:8)

1810 09.12.2024

İlaxır – Torpaq çərşənbəniz mübarək!

2438 19.03.2024

"Azəryol" hər iki oyunu Bakıda keçirəcək

2598 28.12.2017

Avropa çempionatı: Azərbaycan - Sloveniya 06:58

2623 06.08.2023

Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib

2735 27.11.2022