“Bakı” final mərhələsinə qələbə ilə başladı

11.01.2025
374
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinə start verilib. Reqlamentə əsasən yarışın ilk hissəsinin nəticələrinə görə ilk dördlükdə qərarlaşan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. 
X turun mərkəzi görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Vaqif Əliyev idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.
Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan görüşün əvvəli xala-xal prinsipli oyunla müşayiət olunub, amma tədricən təşəbbüsə yiyələnən “Bakı” 7-ci dəqiqədən etibarən hesab arasındakı fərqi artırmağa başlayıb. “Azəryol” geriliyi aradan qaldırmağa çalışsa da istəyini reallaşdıra bilməyib. Sabir Nəzərəliyev və komanda yoldaşlarının təhlükəli həmlələri fasiləyə nominal qonaqları üstün yollayıb – 19:14.
İkinci hissədə bir qədər fəallaşan “Azəryol” vəziyyəti dəyişmək üçün irəli atılıb. Hissənin ortalarında Vidadi Əliyevin komandası fərqi iki topa da endirməyi bacarsa da, artığına gücü çatmayıb. Yenidən üstünlüyü ələ alan “Bakı” daha inamlı oyun sayəsində görüşü qələbə ilə başa vurub – 36:30. Günün digər qarşılaşmasında "Dinamo" U-17 komandasına 44:31 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Həndbol ictimaiyyətinə ağır itki üz verib

1862 27.09.2019

Həndbol yarışları yenilənmiş "AHF Arena"da keçiriləcək

1607 05.09.2022

Avropa çempionatı: Yunanıstan - İspaniya 11:33

1363 06.08.2023

AÇ-2024-ün seçmə mərhələsi: Azərbaycan - Şimali Makedoniya 22:37

863 03.04.2024

Favoritlər turu qələbə ilə başa vurdular

1719 11.11.2018

Azərbaycan çempionatı: V tur “Kür” - “İdman Akademiyası” 42:17

1095 17.12.2023

Azərbaycan birinciliyinin zona yarışları start götürür

210 23.03.2025

Bu gün Novruzun sonuncu -Torpaq çərşənbəsidir

206 18.03.2025