Həndbol üzrə növbəti mövsümə yekun vurulub. “AHF Arena”da təşkil olunan başlanış mərasimində iştirakçılara Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov, mövsümün gərgin və maraqlı mübarizə ilə yadda qaldığını vurğulayıb. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən Orxan Abbasov, növbəti mövsümün də uğurlu keçəcəyinə ümid bəslədiyini deyərək, idmançılara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.
Dövlət himni səsləndirildikdən sonra mükafatlandırılma mərasimi keçirilib.
Əvvəlcə ölkə kubokunun sahibləri - kişilərdən ibarət “Kür” və qadınlardan ibarət “Azəryol” komandalarına kuboklar və AHF-nin mukafatları təqdim olunub. Finala yüksələn kollektivlərin üzvlərinə həmçinin AHF-nin medalları və Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları verilib.
Ardınca ölkə çempionatının nəticələrinə əsasən fərqlənən komandalar mükafatlandırılıb.
Qadınlar arasında Azərbaycan çempionu “Azəryol”un üzvlərinə qızıl, “Qarabağ”a gümüş, “Kür”ə bürünc medallar təqdim olunub.
Kişilərdən ibarət “Kür” komandası isə qızıl medallarına qovuşub. “Bakı” komandası ikinci yerin sahibi kimi gümüş, mövsümü üçüncü yerdə bitirən “Azəryol” isə bürünc medallara sahib çıxıb. Fərqlənən kollektivlərin həndbolçularına AGİN-in diplomları, qalib komandaların üzvlərinə isə həmçinin federasiyanın qiymətli hədiyyələri verilib.
Azərbaycan çempionatında XII turun oyun cədvəli
1823
23.02.2024
Avropa Kuboku: Jomi Salerno - Kur 36:19
1814
24.09.2023
Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib
2016
02.11.2022
Azərbaycan çempionatı: II turun oyun cədvəli
1325
19.09.2024
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulur
886
01.09.2025
Azərbaycan çempionatı, XII tur: “Kür”- “Azəryol” 24:24 (13:11)
1016
26.01.2025
Həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrəyə start verilib
2013
10.03.2017
Ölkə çempionu ilk məğlubiyyətlə barışdı
2283
18.11.2019