Fevralın 16-da həndbol üzrə Azərbaycan çempionatının rəsmi açılışı olub.
Aşılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov həndbolçuları salamlayaraq 24-cü respublika çempionatının iştirakçıları barədə məlumat verib.
Federasiya rəhbəri bildirib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2017-ci ildə federasiyada edilən dəyişiklik ölkəmizdə həndbolun inkişafına təkan verəcək.
Bu günün Azərbaycan həndbolu üçün əlamətdar və yadda qalan bir tarix olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çempionatın uğurlu alınacağına inandığını bildirib. Respublikamızda həndbolun ənənələrini xatırladan Çingiz Hüseynzadə ölkə çempionatı ilə yanaşı, 4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək kişi və qadın komandalarına uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov iştirakçıları salamlayaraq həndbolun sevimli idman növlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, kişi həndbolçuların yarışında “RİOEUGİM”, “Təhsil”, “Məhsul”, “Nəsimi”, qadınların çempionatında isə, “Azəryol”, “Nur”, “Gənclər Birliyi” və “Qarabağ” komandaları mübarizə aparacaq. Çempionatın birinci dövrəsi fevralın 19-da yekunlaşacaq. İkinci dövrənin oyunları isə martda başlanacaq.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Favoritlər turu qələbə ilə başa vurdular
1719
11.11.2018
Kişi həndbolçuların Azərbaycan çempionatında X turdan sonra turnir cədvəli
1160
13.02.2024
Avropa çempionatı: FAR (Farer adaları) - ESP (İspaniya) 18:38
1226
10.08.2023
Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir
1585
28.10.2018
Milli komanda Varna sınaqlarına hazırlaşır
256
06.03.2025
“Azəryol” zirvəni qoruyur
232
13.02.2025
Azərbaycan çempionatında daha 3 oyun keçirilib
1628
12.11.2017
Qadın həndbolçularımız rusiyalı rəqiblərinə qalib gəliblər
1262
01.05.2017