Milli komanda Varna sınaqlarına hazırlaşır

06.03.2025
1184
Paylaş:

Kişi həndbolçulardan ibarət seçmə komandamız daha bir beynəlxalq yarışda iştirak edəcək. Komandamızı inkişaf etməkdə olan ölkələrin çempionatında mübarizə gözləyir. Həndbolçularımız Bolqarıstanda keçiriləcək yarışa hazırlığı “AHF Arena”da davam etdirirlər. Baş məşqçi Eldar Fərəcov hazırlıq prosesinə 14 həndbolçu cəlb edib. Toplanışa qatılan heyət fiziki, texniki və taktiki bacarıqları təkmilləşdirməkdədir. Qeyd edək ki, Azərbaycan millisi martın 11-dən 16-dək Varna şəhərində təşkil olunacaq çempionatda ABŞ, Nigeriya və Moldova seçmələri ilə birgə “B” qrupunda mübarizə aparacaq. Həndbolçularımız martın 10-da Bolqarıstana yollanacaqlar.

Digər Xəbərlər

Avropa kuboku: Oxrid (Şimali Makedoniya) - Bakı (Azərbaycan) - 38:21 (23:9)

223 12.10.2025

Kişi həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb

2328 29.01.2023

Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır

2301 02.03.2023

Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir

1608 06.06.2024

20 Yanvar faciəsinin şəhidlərini dərin ehtiram və qürurla yad edirik!

1237 19.01.2025

“İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib

1955 08.10.2023

1/2 final: “Qarabağ” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) 20:30

1389 31.08.2024

Həndbol klublarımız Avropa kubokunda mübarizəyə başlayır

1545 04.10.2024