“Kür” Azərbaycan çempionudur

13.05.2024
862
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionu son turda müəyyənləşib. Mingəçevirin “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda yerli “Kür”lə paytaxtın “Bakı” komandası qarşılaşıb. Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. “Kür” 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı. Şəxsi oyunlarda üstün olan “Bakı” final xarakterli görüşdə qələbə sayəsində çempionluğu rəsmiləşdirəcəkdi. “Kür”ə isə bunun üçün heç-heçə də kifayət edirdi. Ernest Ağakişi ilə Famil Qasımovun idarə etdiyi oyunun deleqatları beynəlxalq dərəcəli hakimlər İsgəndər Əsgərovla Ələkbər Ağakişiyev  olub. Oyuna daha inamlı başlayan Mingəçevir həndbolçularının fəallığı bəhrəsiz qalmayıb.  İlk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışan ev sahibi tədricən favorit statusunu təsdiqləməyə nail olub. Bu işdə komandanın qapıçısı Aleksandr Milinkoviçin də rolu az olmayıb. Bir neçə epizodda qapısını real qoldan xilas edən həndbolçu komanda yoldaşlarını qələbəyə ruhlandırıb. Yerli azarkeşlərin də güclü dəstəyi ilə irəli atılan “Kür” effektli hücumlar sayəsində ilk hissəni üstün tamamlamağı bacarıb – 11:7.


İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı” hücuma atılıb. Amma  Sabir Nəzərəliyev və komanda yoldaşları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qapıçının inamlı oyunu və müdafiədəki intizamlı çıxışla diqqət çəkən “Kür” fərqin azalmasına imkan verməyib. Bu  azmış kimi qonaqlar matçın son iki dəqiqəsini bir nəfər azlıqda mübarizə aparmalı olublar.  Teymur Axundov komandasının onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirib. Bundan layiqincə faydalanan ev sahibi üstünlüyü sonadək qoruyaraq oyunu qələbə ilə başa vurub -23:18  və “Kür” Azərbaycan çempionudur. Son oyunda məğlubiyyətlə barışan “Bakı” yarışın gümüş, “Azəryol” komandası isə bürünc medalları ilə kifayətlənməli olub.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub

1321 29.04.2018

Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib

1458 26.10.2022

“Kür” liderliyi davam etdirir

171 03.04.2025

Azərbaycan millisi Ermənistan komandasını məğlubiyyətlə barışdırıb

1526 17.06.2017

Həndbol üzrə 26-cı Azərbaycan çempionatında 10 komanda birincilik uğrunda mübarizə aparacaq

1452 12.09.2018

Azərbaycan çempionatına yekun vuruldu

1269 28.04.2018

Qadın həndbolçular kubok mübarizəsinə başladılar

1502 15.01.2020

Ötən mövsümün mükafatçıları yenidən üz-üzə

482 15.10.2024