Azərbaycan Həndbol Federasiyasında hakimlər üçün iclas keçirilib

26.10.2022
2289
Paylaş:

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakıda həndbol üzrə 29-cu respublika çempionatı keçiriləcək.


“AHF Arena” da təşkil olunacaq yarışda 7 kişi, 5 qadın komandası mübarizə aparacaq.


Noyabrın 27-də Azərbaycan Həndbol Federasiyasında yarışın görüşlərini idarə edəcək hakimlər üçün iclas keçirilib. İclası Hakimlər kollegiyasının sədri Ələkbər Ağakişiyev aparıb.


Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov çıxış edərək həndbol qaydalarında edilmiş dəyişikliklər barədə məlumat verib. Bildirib ki, yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq. Eyni zamanda hər komandanın rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcəyi diqqətə çatdırılıb.


Sonra Ələkbər Ağakişiyev nizam-intizam meyarları və cərimələr haqqında danışıb. Həmçinin yarışın nümayəndələri və hakimlərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda bu və digər məsələlərlə bağlı təklif və fikirlər dinlənilib.


Sonda iştirakçlkara geyim forması təqdim olunub, yeni mövsümdə onlara uğurlar arzulanıb.

Digər Xəbərlər

Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq

2839 21.01.2020

Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32

1383 01.09.2024

Qadın həndbolçularımızın sonuncu təlim-məşq toplanışı başlayıb

2370 25.07.2022

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

2274 17.10.2022

“Bakı” çempionluq imkanlarını qorudu

1694 06.05.2024

Qadın həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli

2073 21.02.2024

Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

2132 08.10.2017

İslamiada: Qadın həndbolçularımız Qazaxıstan ilə görüşdə uğur qazana bilməyiblər

139 17.11.2025