Kişi həndbolçuların Azərbaycan çempionu son turda müəyyənləşib. Mingəçevirin “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda yerli “Kür”lə paytaxtın “Bakı” komandası qarşılaşıb. Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. “Kür” 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı. Şəxsi oyunlarda üstün olan “Bakı” final xarakterli görüşdə qələbə sayəsində çempionluğu rəsmiləşdirəcəkdi. “Kür”ə isə bunun üçün heç-heçə də kifayət edirdi. Ernest Ağakişi ilə Famil Qasımovun idarə etdiyi oyunun deleqatları beynəlxalq dərəcəli hakimlər İsgəndər Əsgərovla Ələkbər Ağakişiyev olub. Oyuna daha inamlı başlayan Mingəçevir həndbolçularının fəallığı bəhrəsiz qalmayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışan ev sahibi tədricən favorit statusunu təsdiqləməyə nail olub. Bu işdə komandanın qapıçısı Aleksandr Milinkoviçin də rolu az olmayıb. Bir neçə epizodda qapısını real qoldan xilas edən həndbolçu komanda yoldaşlarını qələbəyə ruhlandırıb. Yerli azarkeşlərin də güclü dəstəyi ilə irəli atılan “Kür” effektli hücumlar sayəsində ilk hissəni üstün tamamlamağı bacarıb – 11:7.
İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı” hücuma atılıb. Amma Sabir Nəzərəliyev və komanda yoldaşları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qapıçının inamlı oyunu və müdafiədəki intizamlı çıxışla diqqət çəkən “Kür” fərqin azalmasına imkan verməyib. Bu azmış kimi qonaqlar matçın son iki dəqiqəsini bir nəfər azlıqda mübarizə aparmalı olublar. Teymur Axundov komandasının onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirib. Bundan layiqincə faydalanan ev sahibi üstünlüyü sonadək qoruyaraq oyunu qələbə ilə başa vurub -23:18 və “Kür” Azərbaycan çempionudur. Son oyunda məğlubiyyətlə barışan “Bakı” yarışın gümüş, “Azəryol” komandası isə bürünc medalları ilə kifayətlənməli olub.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər
2483
03.06.2022
Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində mübarizəyə başlayırlar
2138
29.05.2018
Leyla İbrahimova “Kür”lə müqavilə imzaladı
164
31.10.2025
“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda
2561
13.05.2017
Avropa Həndbol Federasiyasının baş ofisində görüş keçirilib
2387
08.06.2022
“Kür” Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə qələbə ilə başladı
903
30.08.2025
Kişi həndbolçuların dördüncü dünya çempionatı başa çatıb
2233
30.04.2023
İsgəndər Əsgərov Belarusa yollanacaq
2628
12.11.2018