Kişi həndbolçuların Azərbycan çempionatında 14-cü turun mərkəzi matçı Mingəçevirdə “Kür” və “Bakı” arasında olub. “Kür” Olimpiya Tədris-İdman mərkəzində təşkil olunan bu komandaların görüşü gərgin idman mübarizəsində keçib. Bərabər səviyyəli oyun nümayiş etdirən tərəflər fasiləyədək təşəbbüsə yiyələnmək istəyini reallaşdıra bilməyiblər. İlk hissənin yekununda “Kür” bir xallıq fərqlə irəli çıxıb - 13:12. Oyunun ikinci hissəsi daha maraqlı keçib. Hesabdakı üstünlüyü artırmağa çalışan Mingəçevir həndbolçuları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Meydan sahibləri bəzi epizodlarda buna nail olsalar da, paytaxt təmsilçisi yüksək əzmkarlıq göstərib. Matçın son iki dəqiqəsini bir nəfər azlıqda keçirən və 24:26 hesabı ilə geridə olan “Bakı” yekunda çətin səfəridən xalla qayıtmağa nail olub. Belə ki, son dəqiqələrdə baş məşqçi Eldar Fərəcovun taymautu nəticəsini verib və “Bakı” həndbolçuları bərabərliyi təmin ediblər. Mübarizənin başa çatmasına saniyələr qalmış “Kür” cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə qarşılaşma 26:26 hesabı ilə yekunlaşıb.
14 turdan sonra hesabında 20 xalı olan Mingəçevir klubu ilk pillədə qərarlaşıb. Ondan iki xal geri qalan “Bakı” və “Azəryol” ikinci-üçüncü yerləri bölüşür.
Qadın həndbolçuların yarışında isə 12-ci turdan təxirə salınmış bir görüş keçirilb. Mingəçevirdə yerli “Kür” “İdman Akademiyası”nı qəbul edib. Matçın ilk hissəsini 20:10 hesabı ilə öndə başa vuran meydan sahibləri fasiləsindən sonra da üstünlüyünü əldən verməyib. 38:21.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
10.05.2025
"Bakı" liderlə xal fərqini azaltdı
"İdman Akademiyası"ndan inamlı qələbə
155
28.04.2025
Cəlilabad komandası zona yarışında qələbə qazandı
193
26.03.2025
XXX Azərbaycan çempionatı: I turun son oyunlarının nəticələri
1114
12.11.2023
Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb
1535
11.05.2018
"Nur" - "Azərsu" oyununda qalib müəyyənləşmədi
1469
30.03.2018
Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər
1272
13.05.2017
Hakimlərimiz EHF kubokunda
1506
24.01.2020
Qazaxıstan klubu Bakıda hazırlıq keçir
487
01.11.2024