“Qarabağ”la “Kür” liderlik mövqeyini möhkəmlədib

05.02.2024
881
Paylaş:

Kişi və qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.


Həftəsonu hər iki yarışda IX turun oyunları keçirilib. Qadınların çempionatında tura “Azəryol – “Bakı” matçı ilə start verilib. “AHF Arena”ya nominal ev sahibi qismində çıxan “Azəryol” favorit statusunu inamlı qələbə ilə təsdiqləyib – 44:10. “Qarabağ” - “İdman Akademiyası” görüşündə də böyük hesablı qələbə qeydə alınıb. Rəqibi əksər göstəricilərdə üstələyən “Qarabağ” meydançadan 40:17 hesablı qələbə ilə ayrılıb. Mingəçevirin “Kür” komandası isə “Gənclər Birliyi” ilə oyunda pərəstişkarlarını sevindirib – 53:12. “Qarabağ” 16 xalla çempionatın lideridir. “Azəryol” ondan bir xal geri qalır. “Kür”ün 13, “İdman Akademiyası”nın 6, “Bakı”nın 4 xalı var. “Gənclər Birliyi” hələ də xal üzünə həsrətdir.


Kişilərin yarışında da bu tur gözlənilməz nəticə qeydə alınmayıb. “İdman Akademiyası” – “Qarabağ” görüşündə ehtimal olunduğu kimi ikincilər etimadı doğruldublar – 16:36, “Bakı” “Təhsil” komandasını böyük hesablı məğlubiyyətə uğradıb - 40:23.  “Kür” – “Dinamo” matçı isə Mingəçevir həndbolçularının 57:17 hesablı qələbəsi ilə nəticələnib.


“Kür” 16 xalla yarış cədvəlinə başçılıq edir. “Azəryol”, “Bakı” və “Qarabağ”ın hərəyə 10 xalı var. “Dinamo” ilə “İdman Akademiyası” hələ ki 3 xalla kifayətlənir. Sonuncu yerdəki “Təhsil”in aktivində isə 2 xal var.

Digər Xəbərlər

"Nur" növbəti qələbəsini qazanıb

1498 04.02.2018

“Kür” çempionluğa doğru addımlayır

225 13.02.2025

Azərbaycan çempionatında növbəti görüşlər keçirilib

1317 08.10.2017

Həndbol hakimimiz beynəlxalq sertifikata layiq görülüb

1520 07.11.2017

İsgəndər Əsgərovun 65 yaşı tamam olur

903 02.06.2024

Milli komanda Varna sınaqlarına hazırlaşır

256 06.03.2025

“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub

218 18.02.2025

"Azərsu"nun çempionluğu rəsmiləşdi

1578 26.04.2018