“İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib

08.10.2023
1085
Paylaş:

Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə oktyabrın 8-də “AHF Arena”da “İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib. 
Rusiya Federasiyasının idman ustası, 3 qat dünya çempionu, olimpiya oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar kuboku turnirinin qalibi Emiliya Tureyin apardığı dərslərdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər. Təcrübəli mütəxəssis ən populyar idman növlərindən sayılan həndbolun sadə sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını uşaqlarla bölüşüb. 
Qeyd edək ki, “İdman interaktivi. Həndbol” layihəsi hərəkət fəallığını yüksəltməklə yanaşı, gündəlik stressi azaltmaq və fəal həyat tərzinin təbliği ilə özünü yenilikçi təcrübə kimi təsdiqləyib.

Digər Xəbərlər

“İdman Akademiyası” komandası Azərbaycan çempionatına başçılıq edir

1494 10.04.2023

Milli komandamız Malta sınaqlarını başa vurdu

1499 13.01.2019

“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi

1524 02.02.2018

“Azəryol” “Çağırış Kuboku”nun növbəti mərhələsinə yüksəlib

1311 20.11.2017

Azərbaycan çempionatında VII turun oyun cədvəli

1050 10.01.2024

Qadın həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar

1446 13.04.2017

“Azəryol” beynəlxalq turnirin qalibi oldu

552 01.09.2024

Həftəsonu Azərbaycan çempionatında maraqlı oyunlar gözlənilir

163 04.04.2025