Milli komandamız Malta sınaqlarını başa vurdu

13.01.2019
2276
Paylaş:

Kişi  həndbolçulardan  ibarət  milli  komandamız  2022-ci  ildə  Macarıstan  və  Slovakiyada  təşkil  olunacaq  Avropa  çempionatının  ilkin  təsnifat  mərhələsində  mübarizəni  başa  vurub.

“B”  qrupunun  Maltada  təşkil  olunan  oyunlarında,  komandamızın  rəqibləri  Kipr,  Gürcüstan  və  ev  sahibi  -  Malta  kollektivi  olub.

Yanvarın  11-də  Kiprlə  qarşılaşan  həndbolçularımız  17:25  hesabı  ilə  uduzublar.

Ertəsi  gün  Gürcüstanla  görüşən  komandamız  bərabər  mübarizə  şəraitində  keçən  qarşılaşmanın  sonlarında  rəqibin  fərqlənməsinə  mane  ola  bilməyib  -  25:30.

Yanvarın  13-də  isə  həndbolçularımız  Malta  seçməsi  ilə  üz-üzə  gəliblər.  Kospikua  şəhərinin  “Kottonera  Sports  Kompleks”  arenasında  keçirilən  oyun  gərgin  mübarizə  ilə  yadda  qalıb.  İlk  hissəni  16-11  hesabı  ilə  başa  vuran  Azərbaycan  millisi  qalan  vaxtda  da  üstünlüyü  əldən  verməyərək,  27:24  hesablı  qələbə  qazanıb.

Qeyd  edək  ki,  2022-ci  il  Avropa  çempionatının  növbəti  təsnifat  mərhələsinə  qrup  qalibi  olan  Kipr  komandası  yüksəlib.

Digər Xəbərlər

Zəfər Gününə həsr olunmuş zona yarışı başa çatıb

2104 08.11.2022

AÇ-2024-ün seçmə mərhələsi: Azərbaycan - Şimali Makedoniya 22:37

1702 03.04.2024

Həndbol məşqçiləri üçün seminar keçiriləcək

2440 08.02.2023

“Azərsu” vahid liderliyə yüksəldi

2364 09.02.2019

“Bakı” final mərhələsinə qələbə ilə başladı

1259 11.01.2025

“Azəryol” çempionluğu rəsmiləşdirdi

2514 22.04.2019

Azərbaycan kuboku: Ölkə çempionu finala çıxa bilmədi

1693 27.05.2024

Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib

2151 29.10.2022