Bu gün 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Bakı İdman Sarayında keçirilən yarışın Farer adaları - İspaniya matçı gözlənildiyi kimi prineylilərin qələbəsi ilə nəticələnib. Oyunun favoriti sayılan İspaniya millisi 38:18 hesabı ilə qalib gəlib. Bosniya və Herseqovina - Gürcüstan görüşündə də sürpriz qeydə alınmayıb. Meydançaya qələbə üçün çıxan Bosniya və Herseqovina həndbolçuları inamlı qələbə çalıblar - 38:20.
Lüksemburq - Yunanıstan qarşılaşması daha gərgin mübarizə ilə yadda qalıb. İlk hissədən təşəbbüsə yiyələnən yunanlar rəqibin ciddi müqavimətinə baxmayaraq matçı qələbə ilə bitirməyi bacarıblar - 30:23.
Günün son matçı da maraqlı idman mübarizəsi şəraitində keçib. Litva millisi Sloveniya seçməsinə qarşı görüşdə yüksək əzmkarlıq göstərsə də sonda məğlubiyyətlə barışmalı olub - 28:33.
Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Beynəlxalq dərəcəli hakimlərimiz növbəti təyinatlarını alıblar
1452
13.10.2017
Milli komandamız Maltaya yollanır
1673
08.01.2019
Azərbaycan çempionatında III turun son oyunlarının nəticələri
1119
26.11.2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku uğrunda ilk oyunlarını keçiriblər
1599
16.09.2018
İsgəndər Əsgərov Buxarestə yollanacaq
1867
19.03.2019
Həndbol üzrə iyirmi altıncı Azərbaycan çempionatında növbəti oyun keçirilib
1721
08.04.2019
Azərbaycan çempionatlarında növbəti turun mənzərəsi
159
17.04.2025
Azərbaycan çempionatında daha 3 oyun keçirilib
1628
12.11.2017