Beynəlxalq dərəcəli hakimlərimiz növbəti təyinatlarını alıblar

13.10.2017
2259
Paylaş:

Həndbol  üzrə  beynəlxalq  dərəcəli  hakimlərimiz  növbəti  oyunlara  təyinat  alıblar.

Təcrübəli  referi  İsgəndər  Əsgərov  “Challenge  Cup”  turnirinin  “Dinamo  Viktor”  (Rusiya)   -  “VHC  Silviesa  Vilnus”  (Litva)  görüşündə  Avropa  Həndbol  Federasiyasının  (EHF)  nümayəndəsi  olacaq.  Oktyabrın  14-də  keçiriləcək  qarşılaşmanı  latviyalı  İvars  Çernavskislə  Edmunds  Boqdanovs  idarə  edəcək.

Emil  və  Ernest  Ağakişi  qardaşlarını  isə  Rumıniyaya  səfər  gözləyir.  Onlar  oktyabrın  22-də  qadın  həndbolçuların  EHF  kubokunun  “C.S.M  Roman”  (Rumıniya)  –  “DKKA  Dunaujvaros  KA”  (Macarıstan)  görüşünü  idarə  edəcəklər.  Rumıniyada  keçiriləcək  qarşılaşmanın  EHF  nümayəndəsi  yunanıstanlı  Stefan  Partemian  olacaq.

Digər Xəbərlər

“Azəryol” daha bir inamlı qələbə qazanıb.

2365 14.10.2017

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Kosovo-Azərbaycan 49:8

1970 11.10.2023

Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

2444 28.10.2018

Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub

2319 01.05.2022

Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

2294 08.01.2023

Azərbaycanlı hakimlər Avropa Liqasınnın oyununu idarə edəcəklər

118 24.11.2025

Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək

2111 16.08.2017

Kişi həndbolçulardan ibarət “Bakı” komandasının Avropa kubokundakı rəqibi bəlli olub

2216 11.09.2022