“İdman Akademiyası” komandası Azərbaycan çempionatına başçılıq edir

10.04.2023
1498
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti iki turun oyunları arxada qalıb. 
“AHF Arena”da təşkil olunan yarışın XXIII turunda mövsümə inamla start verən “İdman Akademiyası” ilə ən yaxın izləyicisi “Məhsul”un görüşü böyük maraqla gözlənilirdi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada tələbələrin qələbəsinə inananlar yanılmayıblar. “Məhsul”un ciddi müqavimətinə baxmayaraq oyun nominal ev sahibinin xeyrinə başa çatıb – 25:23. “Təhsil – “Dinamo” matçında daha inamlı oyun nümayiş etdirən “dinamoçular” pərəstişkarlarını sevindiriblər  -  31:24. “Bakı” isə autsayder U-16 üzərində 44:25 hesablı qələbə qazanıb. 
“İdman Akademiyası” komandası XXIV turun görüşündə “Məhsul” üzərində daha inamlı qələbəyə imza atıb – 32:20. “Təhsil” “Dinamo” ilə növbəti qarşılaşmada ötən turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 25:22. “Bakı” isə U-16 üzərində daha bir böyükhesablı qələbəni rəsmiləşdirib – 44:26. 
Çempionata 51 xalla “”İdman Akademiyası” başçılıq edir. “Məhsul” ondan 10 xal geri qalır. “Dinamo” 39 xalla üçüncü, “Təhsil” 30 xalla dördüncü pillədədir. Beşinci yerdəki “Bakı”nın 13 xalı var. Hərəyə 3 xalı olan RİOEUGİM və U-16 komandaları son pillələri bölüşürlər.

Digər Xəbərlər

Azərbaycanın qadın həndbolçuları "Konya-2021"ə qələbə ilə başlayıblar

1823 07.08.2022

Kişi həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli

1220 20.02.2024

AÇ-2024-ün seçmə mərhələsi: İspaniya - Azərbaycan 42:16

965 07.04.2024

Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı

1475 07.10.2017

Azərbaycan çempionatı: VIII turun nəticələri

405 17.12.2024

“Kür” liderliyi davam etdirir

171 03.04.2025

Hakimlərimiz növbəti təyinat alıblar

1268 06.03.2018

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

1654 11.04.2022