Liderdən növbəti qələbə

25.02.2023
1467
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.
Yarışın XV turuna RİOEUGİM – “İdman Akademiyası” görüşü ilə start verilib. Meydançaya favorit qismində çıxan “İdman Akademiyası” komandası fasiləyədək qazandığı üstünlüyü sonadək qoruyaraq 41:26 hesabı ilə qələbə çalıb.
“Bakı”-“Məhsul” arasında görüş uzun müddət yaddaşlarda qalacaq anlarla zəngin olub. Həndbolçular meydana böyük coşğuyla dəvət olunub. Çoxsaylı azarkeşlər toplaşan “AHF Arena”da bu maraqlı mübarizəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həndbol federasiyanın prezidenti Saleh Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva izləyiblər.
Nominal ev sahibi rəqibə ciddi müqavimət göstərməyə çalışsa da, əzmkarlıq öz bəhrəsini verməyib. Dəstək qrupunun müşayiət etdiyi görüş “Məhsul”un 34:26 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişi və Ernest Ağakişi idarə edib. AHF-nin nümayəndəsi kimi beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov fəaliyyət göstərib.
Bu nəticələrdən sonra inamla çempion tituluna doğru irəliləyən İdman Akademiyası komandası 30 xalla turnir cədvəlinə başçılıq edir. 3 oyun az keçirən Təhsil və Dinamo klubları müvafiq olaraq 21 və 18 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşürlər. Aktivində 17 xal olan Məhsul komandası 4-ci pillədədir. Bakı klubunun aktivində isə cəmi 1 xal var.

Digər Xəbərlər

“Dinamo” çətin oyundan qələbə ilə ayrıldı

219 01.03.2025

Milli komandamız beynəlxalq turnirə qatılıb

1525 11.06.2019

Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib

1809 03.02.2022

“Məhsul” “Təhsil”ə qalib gələrək liderə yaxınlaşıb

1575 28.03.2023

Qadın həndbolçularımız Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayırlar

1201 10.10.2023

Həndbolçularımız açıq havada məşqləri davam etdirirlər

1999 20.10.2020

Azərbaycan çempionatında daha 3 oyun keçirilib

1628 12.11.2017

Kubokun finalçıları müəyyənləşdi

1297 06.03.2018