Həftəsonu kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar olub. Yarışın əsas favoritlərindən sayılan “Dinamo” komandası V turda RİOEUGİM kollektivini sınağa çəkib. Nominal ev sahibinin tam üstünlüyü ilə keçən qarşılaşma 45:21 hesabı ilə nəticələnib.
“Məhsul” – U-16 görüşündə də səviyyə fərqi hesabda əksini tapıb - 43:18.
“İdman Akademiyası” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Bu qarşılaşmadan “İdman Akademiyası” kollektivi qələbə ilə ayrılıb - 31:24.
RİOEUGİM komandası “Dinamo” ilə VI turun görüşündə də məğlubiyyətdən qurtula bilməyib. Görüş 52:21 hesabı ilə dinamoçuların xeyrinə nəticələnib.
U-16 bu turda da “Məhsul”un qarşısını ala bilməyib – 16:45.
“Təhsil” komandası isə “İdman Akademiyası” kollektivinə V turdakı məğlubiyyətin əvəzini çıxıb. Gərgin mübarizə ilə yadda qalan oyun 27:26 hesabı ilə “Təhsil”in xeyrinə nəticələnib.
“Məhsul” 6 oyundan 17 xalla çempionatın lideridir. “İdman Akademiyası” 15 xalla 2-ci, iki oyun keçirən “Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki “Təhsil”in 9, 5-ci yerdə qərarlaşan “Bakı”nın 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələ ki, xal qazana bilməyib.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
“Azəryol” həndbolçuları “İdman Akademiyası” kollektivini böyük hesabla məğlub ediblər
2682
06.11.2018
“Azəryol” gərgin mübarizədən qalib ayrıldı
1641
23.03.2024
Yeniyetmə həndbolçuların Bakı birinciliyi başa çatıb
2518
30.01.2018
Milli komandamız Malta sınaqlarını başa vurdu
2276
13.01.2019
Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı
1659
24.05.2024
Qadın həndbolçuların Azərbaycan çempionatında III turdan sonra turnir cədvəli
2428
29.11.2023
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1060
08.09.2025
Azərbaycan çempionatı: "Qarabağ" - "İdman Akademiyası" 32:25 (15:11)
1280
27.11.2024