Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib.
“AHF Arena”da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandaları çıxıblar.
Görüşün şəksiz favoriti sayılan son ölkə çempionu fasiləyə 6 topluq üstünlüklə yollanıb – 15:9. “İdman Akademiyası” ikinci hissədə də rəqibin təhlükəli həmlələrini dəf etməyə çalışsa da, ustalıq səviyyəsi öz sözünü deyib. Oyun 37:22 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.
Günün ikinci matçında “Azərsu” “U-16” ilə qarşılaşıb. Bu oyunda da imkanları daha yüksək qiymətləndirilən “Azərsu” inamlı qələbə çalıb – 22:10.
İkinci turun görüşlərində də favoritlər növbəti qələbələrini qazanıblar. “Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” “U-16” komandasına 30:15 hesabı ilə qalib gəlib.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Həndbol üzrə XXIX Azərbaycan kuboku keçiriləcək
1341
03.05.2023
Bakıda beynəlxalq turnir keçiriləcək
501
27.08.2024
“Azəryol” həndbolçuları “İdman Akademiyası” kollektivini böyük hesabla məğlub ediblər
1794
06.11.2018
"Məhsul" liderliyi davam etdirir
1538
10.02.2020
Xocalı soyqırımı - qan yaddaşımız!
1154
26.02.2024
Azərbaycan çempionatı: V tur “Bakı” - “Azəryol” 29:31
944
16.12.2023
Azərbaycan millisi “Bakı-2017”də növbəti qələbəni rəsmiləşdirib
1430
10.05.2017
Azərbaycan çempionatı: VI turun ilk oyun gününün nəticələri
435
02.11.2024