"Qarabağ" liderlə xal fərqinin artmasına imkan vermədi

18.12.2019
1431
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  9-cu  turun  oyunları  keçirilib.  İkinci  dövrənin  son  turunda  meydançaya  əvvəlcə  “Qarabağ”  və  “Azərsu”  komandaları  çıxıblar.  Nominal  ev  sahibinin  favorit  sayıldığı  görüşdə  azarkeşlər  gərgin  mübarizənin  şahidi  olublar.  Çempionluğa  iddialı  “Qarabağ”  liderlə  xal  fərqinin  artmaması  üçün  bu  oyunda  mütləq  qalib  gəlməli  idi.  “Azərsu”nun  bütün  səylərinə  rəğmən,  rəqib  istəyini  reallaşdırmağı  bacarıb.  Daha  yüksək  əzmkarlıq  göstərən  “Qarabağ”  görüşü  qələbə  ilə  başa  vurub  –  35:34.

Günün  digər  matçında  isə  çempionatın  lideri  “Azəryol”  autsayder  “İdman  Akademiyası”  komandasını  sınağa  çəkib.  “Tələbələr”  çox  çalışsalar  da,  növbəti  “imtahandan”da  məyus  ayrılıblar.  Qarşılaşma  aşkar  favoritin  qələbəsi  ilə  nəticələnib  –  44:26.

Bu  qələbə  ilə  xal  ehtiyatını  16-ya  çatdıran  “Azəryol”  liderliyi  davam  etdirir.  “Qarabağ”  ondan  2  xal  geri  qalır.  “Azərsu”  6  xalla  üçüncüdür.  “İdman  Akademiyası”  hələ  də  ilk  xalını  qazana  bilməyib.

Bu  qarşılaşmalardan  sonra  qadınların  ölkə  çempionatında  martın  4-dək  fasilə  yaranacaq.  Yanvarın  15-də  isə  Azərbaycan  kuboku  turnirinə  start  veriləcək.  Həmin  gün  “Azəryol”  “Azərsu”  ilə,  “Qarabağ”  isə  “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Digər Xəbərlər

Şəhidlərimizi dərin ehtiramla yad edirik!

1223 27.09.2023

Seçmə komandamız beynəlxalq turnirə qatılacaq

1662 20.02.2019

Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

1548 18.11.2019

Kişi həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli

1311 26.12.2023

Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

1648 10.02.2019

Bakıda keçirilən beynəlxalq turnirin qalibi müəyyənləşdi

1554 10.05.2019

“Azəryol” liderlə xal fərqini azaldıb

1500 24.02.2019

Azərbaycan çempionatında ikinci dövrə yekunlaşıb

1331 12.01.2019