ABU Arenada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ənənəvi həndbol turnirinə yekun vurulub.
Beynəlxalq yarışın son turunun görüşləri də maraqlı mübarizə ilə yadda qalıb. Azərbaycan və Gürcüstanın 24 yaşadək həndbolçulardan ibarət komandalarının qarşılaşması 27-33, əsas millimizlə İraq seçməsinin görüşü isə 21-39 hesabı ilə başa çatıb. Son turun oyunlarında U-24 seçməmizlə əsas millimizin qarşılaşması daha böyük maraq doğurub. Gərgin mübarizə şəraitində keçən oyunda gənc həndbolçular 39-34 hesabı ilə qələbə qazanıblar. İraq komandası isə Gürcüstanın U-24 komandasına aman verməyib - 41:20.
Beləliklə, rəqiblərindən daha üstün çıxış edən İraq seçməsi xatirə turnirinin qalibi adına layiq görülüb. Gürcüstan komandası 2-ci, Azərbaycanın gənc həndbolçuları 3-cü, əsas millimiz isə 4-cü yeri tutub.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov dəvəti müsbət qarşıladıqlarına və maraqlı mübarizəyə görə yarış iştirakçılarına minnətdarlığını bildirib. Bu cür yarışların əhəmiyyətini yüksək qiymətləndirən federasiya rəsmisi növbəti turnirlərdə komandaların sayının daha da artırılacağını vurğulayıb.
Baş mükafata sahib çıxan İraq komandasının üzvlərinə, həmçinin fərqlənən digər həndbolçulara kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, 3 gün davam edən yarışda 3 ölkənin kişilərdən ibarət komandaları mübarizə aparırdı.
"Azərsu” və “Azəryol” komandaları növbəti qələbələrini qazanıblar
2322
24.11.2018
Yeniyetmə həndbolçuların yarışında növbəti oyunlar olub
2060
13.04.2017
“Bakı” liderlə xal fərqini aradan qaldırdı
1559
29.04.2024
Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
2069
15.02.2020
Yeniyetmə həndbolçularımız açıq Avropa turnirinə qatılacaqlar
2072
21.06.2018
Azərbaycan çempionatı: VII turun növbəti oyun gününün nəticələri
1154
08.11.2024
Azərbaycan çempionatlarında növbəti turun mənzərəsi
928
17.04.2025
"Qarabağ" liderlik mövqeyini möhkəmlədib
2202
07.11.2019