Həndbol üzrə ölkə kuboku yarışlarınna yekun vurulub.
“ABU Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Maraqlı mübarizə vəd edən “Azəryol” - “Azərsu” görüşündə “Azərsu”nun imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Ölkə çempionatının lideri rəqibin kuboka gedən yolunu kəsə bilməyib. Hücumları daha effektli alınan “Azəryol” 29:20 hesablı qələbə ilə yarışın baş mükafatına layiq görülüb.
Kişi həndbolçuların Azərbaycan kubokunun final matçında isə “Məhsul” və “Bakı” komandaları münasibətləri aydınlaşdırıblar.
Görüş boyu yüksək əzmkarlıq göstərən rəqiblərin məsələni əsas vaxtda həll etmək istəyi alınmayıb. Hakimin final fiti səslənərkən, tabloda hesab 28:28 olub. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub ki, bu mübarizədən də “Bakı” məğlub ayrılıb. Rəqibdən fərqli olaraq 2 penaltini dəqiq yerinə yetirən “Məhsul” həndbolçuları ölkə kubokunu başları üzərinə qaldırıblar.
Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov dekabrda start verilən yarışın uğurla başa çatdığını vurğulayıb. Ölkədə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından söz açan federasiya rəsmisi son illərdə həndbol sahəsindəki irəliləyişləri də bunun məntiqi nəticəsi kimi qiymətləndirib. Qaliblərə qarşıdakı beynəlxalq yarışlarda uğurlar arzulayan Orxan Abbasov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyyə edib.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
“Astana” yarımfinala yüksəldi
565
29.08.2024
“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi
1531
24.04.2022
Milli komandamız beynəlxalq turnirdə növbəti qələbə qazanıb
1399
13.04.2017
Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq
1960
21.01.2020
Orxan Abbasov: “Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması müzakirə edilib”
1267
16.06.2022
Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)
375
01.12.2024
“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı
939
17.03.2024
“Nur” komandası növbəti yoxlama oyununu da qələbə ilə bitirib
1545
09.09.2017