“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

17.03.2024
1872
Paylaş:

Kişi həndbolçuların Azərbycan çempionatında 14-cü turun mərkəzi matçı Mingəçevirdə  “Kür” və “Bakı” arasında olub. “Kür” Olimpiya Tədris-İdman mərkəzində təşkil olunan bu komandaların görüşü gərgin idman mübarizəsində keçib. Bərabər səviyyəli oyun nümayiş etdirən tərəflər fasiləyədək təşəbbüsə yiyələnmək istəyini reallaşdıra bilməyiblər. İlk hissənin yekununda “Kür” bir xallıq fərqlə irəli çıxıb - 13:12. Oyunun ikinci hissəsi daha maraqlı keçib. Hesabdakı üstünlüyü artırmağa çalışan Mingəçevir həndbolçuları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Meydan sahibləri bəzi epizodlarda buna nail olsalar da, paytaxt təmsilçisi yüksək əzmkarlıq göstərib. Matçın son iki dəqiqəsini bir nəfər azlıqda keçirən və 24:26 hesabı ilə geridə olan “Bakı” yekunda çətin səfəridən xalla qayıtmağa nail olub. Belə ki, son dəqiqələrdə baş məşqçi Eldar Fərəcovun taymautu nəticəsini verib və “Bakı” həndbolçuları bərabərliyi təmin ediblər. Mübarizənin başa çatmasına saniyələr qalmış “Kür” cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə qarşılaşma 26:26 hesabı ilə yekunlaşıb. 


14 turdan sonra hesabında 20 xalı olan Mingəçevir klubu ilk pillədə qərarlaşıb. Ondan iki xal geri qalan “Bakı” və “Azəryol” ikinci-üçüncü yerləri bölüşür. 


Qadın həndbolçuların yarışında isə 12-ci turdan təxirə salınmış bir görüş keçirilb. Mingəçevirdə yerli “Kür” “İdman Akademiyası”nı qəbul edib. Matçın ilk hissəsini 20:10 hesabı ilə öndə başa vuran meydan sahibləri fasiləsindən sonra da üstünlüyünü əldən verməyib. 38:21.

Digər Xəbərlər

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

1405 12.11.2024

Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq!

439 27.09.2025

Mingəçevir və Qazax komandaları Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar

2096 22.03.2024

Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar

2226 18.02.2022

Azərbaycan birinciliyinin zona yarışına start verilir

1570 09.05.2024

Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi

2292 13.10.2019

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə finalçılar müəyyənləşib

1041 02.09.2025

Ölkə çempionatına yekun vurulub

1045 17.05.2025