“Qarabağ” da lideri dayandıra bilmədi

16.02.2019
1564
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatı  davam  edir.  Yarışın  14-cü  turu  da  favoritlərin  qələbəsi  ilə  yekunlaşıb.  Amma,  çempionluğa  iddialı  komandalar  növbəti  iki  xalı  fərqli  mübarizənin  yekununda  qazanıblar.  “Azəryol”  –  “İdman  Akademiyası”  ilə  oyunda  ciddi  müqavimətlə  üzləşməyib.  Nominal  meydança  sahibinin  tam  üstünlüyü  ilə  keçən  görüş  38-23  hesabı  ilə  başa  çatıb.

Çempionatın  lideri  “Azərsu”  ilə   “Qarabağ”ın  görüşü  gözlənildiyindən  də  gərgin  alınıb.  Maraqlı  mübarizə  şəraitində  keçən  oyunun  taleyi  son  dəqiqələrdə  həll  olunub.  Güclü  rəqibə  qarşı  başabaş   oyun  nümayiş  etdirən  “Qarabağ”  çox  çalışsa  da  azarkeşlərini  sevindirə  bilməyib.  Son  nöqtəni  qoymağı  bacaran  “Azərsu”  25:24  hesablı  qələbə  ilə  nahaq  yerə  baş  mükafata  əsas  namizəd  sayılmadığını  sübut  edib.

Aktivinə  28-ci  xalı  yazdıran  “Azərsu”  zirvəni  qoruyur.  Bir  oyun  az  keçirən  “Azəryol”  liderdən  4  xal  geri  qalır.  3-cü  yerdə  qərarlaşan  “Qarabağ”ın  14  xalı  var.  “İdman  Akademiyası”  və  “Olimpiya”  komandaları  hərəyə  7  xalla  sonrakı  pillələri  bölüşür.  “Gənclər  Birliyi”nin  hələ  də  xalı  yoxdur.

Digər Xəbərlər

Kişi həndbolçuların dördüncü dünya çempionatı davam edir

1317 29.04.2023

"Qarabağ" uğurlu seriyanı davam etdirir

1387 23.10.2019

Həndbol hakimləri üç­ün​ seminar təşkil olunacaq

1401 24.05.2022

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

1439 19.11.2018

Orxan Abbasov Azərbaycan Avropa Həndbol Federasiyasının konfransında iştirak edir

2236 02.04.2019

Azərbaycan Həndbol Federasiyasının hakimləri beynəlxalq oyunları idarə edəcəklər

1514 25.02.2017

İsgəndər Əsgərov İsrailə yollanıb

1590 22.10.2019

Azərbaycan çempionatlarında növbəti turun mənzərəsi

159 17.04.2025